Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Svetlana Həkimova
( Sumqayıt Dövlət Musiqili Dram Teatrı)

S.Həkimova 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S.Həkimova 1959-cu ildən Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış etmişdir. Onun S.Vurğunun "Fərhad və Şirin" əsərindəki Şirin obrazı Ümumittifaq festivalında "Qızıl medal"a layiq görülmüşdür. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində S.Həkimova xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir. 1978-1990-cı illədə S.Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990-1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişdir. 1992-ci ildən bu günə kimi aktrisa H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Onun Esmiralda ("Bəli dünya dəyişib") rolu ilə qədəm basan S.Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaratmışdır. Ondardan Gülüş ("Sevil", C.Cabbarlı), Gülcahan ("Kəndimizin javanları", Ə.İlham), Fez ("Qəribə missis Səvic", Con Patrik), Gülcamal ("Müsibəti Fəxrəddin", N.B.Vəzirov), Naza ("Duel", M.Bayciyev), Hakimin qızı ("Demoklisin qılıncı", N.Hikmət), Nami ("Qəribə marka", Holfred), Şıltaq qız ("Paralelin nəbzi", R.Heydər), Tahir ("İnam", F.Məmmədov) və s. göstərmək olar. CCabbarlının "Solğun çiçəklər" əsərindəki Sara rolunu Svetlana xanım böyük bir səmimiyyətlə, ehtiras və həyacanla yaradıb. 1992-ci ildən Sumqayıt teatrında çalışan S.Həkimova A.Həsənoğlunun "Yanmış evin nağılı" faciəsində nənə, F.Məmmədovun "Anasının gül balası" əsərində Gülbala, Ə.M.Lələdağın "Qorxaq" pyesində Qaçqın nənə, O.Kolçinskayanın "Tramvayı kim oğurlayıb" pyesində Köstəbək, F.Məhərrəmovun "Cinbalalar" əsərində Gülcahan nənə, Y.Həşimovun "Həkimlər nobata gedir" komediyasında Səkinə xala, T.Vəliyevanın "Mənim ağ göyərçinim" pyesində Münəvvər, G.Xuqayevin "Bir köpək vardı", "Ailə" ibrətamiz pyeslərində Dovşan və Tamara, A.Şaiqin "Qaraca qız" əsərində Yusifin anası və bir çox uzunömürlü obrazlar yaratmışdır.

S.Həkimova 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə S.Həkimova Respublika Prezidentinin mükafatına layiq görülmüşdür.