Şəlalə Şahvələdqızı
( Azərbaycan Akademik Milli Dram Teatrı)
Quliyeva Şəlalə Şahvələd qızı Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasını Akademik Milli Dram Teatrında tamaşaya hazırlayanda tələbə aktrisaya da rol verdi. Gülbəniz rolunun məşqlərinə inamla başlayan Şəlalə Quliyeva 1996-cı ildə Akademik teatra aktrisa götürülüb. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janırlı tamaşalarda oynadığı rolların ümumi siyahısı belədir.
9 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
• Elçin "Ah, Paris… Paris" – Gülbəniz;
• B.Vahabzadə "Özümüzü kəsən qılınc" – Mələk;
• Elçin "Mənim sevimli dəlim" -Şəfqət bacısı;
• V.Rozov "Şadlıq sorağında" – Fira;
• Elçin "Mənim ərim dəlidir" – Qız;
• N.Xəzri "Burla Xatun" – Banuçiçək;
• Ç.Aytmatov "Sokratın anma gecəsi" – Qız;
• H.Həsənov "Brüsseldən məktublar" – Pianoçu;
• X.Qoca "Hərənin öz payı" – Partiyaçı; Jurnalist;
• J.Rasin "Fedra" – İsmena
• B.Vahabzadə "Rəqabət" – Səbinə;
• A.Kamyü "Anlaşılmazlıq" – Mariya;
• İ.Şıxlı "Ölüləri qəbristanlıqda bastırın" – Qəndab;
• A.Şaiq "Eloğlu" – Telli.
|