Bağırov Nizami İsrafil oğlu
( Azərbaycan Opera və Balet Teatrı )
Nizami Bağırov 1951-ci ildə Samux rayonunda anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1972-ci ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında çalışır.
N.Bağırov iki dəfə vokalçıların Zaqafqaziya müsabiqəsində iştirak etmiş, müsabiqənin diplomçusu və qalibi adına layiq görülmüşdür.
Teatrda çalışdığı illər ərzində onun yaratdiği obrazlar- “Leyli və Məcnun”da Nofəl, “Aşıq Qərib”də Şahvələd, “Şah İsmayıl”da İbn Tahir, “Vaqif”də Eldar, İbrahim xan, “Karmen”də Dankayro, “Traviata”da Baron, “Çio-Çio-San”da Bronza, “Sevilya bərbəri”ndə Fiorello və s.
2009-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
|