Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Nargilə Qəribova
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

Nargilə Qəribova 2001-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N.Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir.

Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N.Qəribova bu müddət ərzində B.Xanızadənin "Maska", "Şərqə səyahət", S.Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş.Əttarın "Uçuş", Ü.Hacıbəyovun "Dulusçu", U.Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A.Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar sənətçi kimi təsdiq etmişdir.

N.Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur.

N.Qəribova iki dəfə ( 9 may 2012) Prezident mükafatçısı olmuşdur.