Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Münəvvər Əliyeva
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Münəvvər Əliyeva 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət "Yuğ" Dövlət Teatrında aktrisa işləyib.

1994-cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. O, bu teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında oynayıb – D. Aslan "Dindirir əsir bizi" (Fərəh), İlyas Əfəndiyev "Hökmdar və qızı" (Səltənətbəyim), Əli Əmirli "Köhnə ev" (Cana), Ramiz Novruz "Hələ "sevirəm" deməmişdilər..." (Sona), Nəriman Həsənzadə "Pompeyin Qafqaza yürüşü" (Selcan), Hüseyn Cavid "Afət" (Alagöz), İsmayıl Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın" (Həcər), O. İoseliani "Kaş araba aşmayaydı!.." (Landa), Eduardo de Filippo "Kabuslar" (Mari) və s.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A. Rafın "İblis qadın" (İblis qadın), Zəlimxan Yaqubun "Didərginlər" (Ruh), Afaq Məsudun "Cəza" (katibə), teletamaşalarında oynayıb.

Münəvvər Əliyeva "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sarı gəlin" (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.