Mətanət Atakişiyeva
( Azərbaycan Akademik Milli Dram Teatrı)
M.Atakişiyeva 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində oynadığı rollar bunlardır.
Qaraçı ("İblis" H.Cavid), Kəniz ("Atabəylər" N.Həsənzadə), Dayə ("Sehrli alma" Y.Lada), Qəmər ("Nişanlı qız" S.Rəhman), 2-ci qız ("Od gəlini" C.Cabbarlı), Gülər xanım ("Ah, Paris…Paris!.." Elçin), Gülnar ("Vaqif" S.Vurğun), Gönçəqız ("Torpağa sancılan qılınc" N.Xəzri), Səhər ("Şeyx Xiyabani" İ.Əfəndiyev), İspan gözəli, Gülçin və Nağılçı ("Məlik Məmməd" nağıl-tamaşa), Qaratel ("Mənsiz dünya" N.Xəzri), Xumar ("Yalan" S.Rəhman), Kleya ("Məhəbbət və azadlıq" G.Fiqeryedu), Fitnə ("Fərhad və Şirin" S.Vurğun), Mələk ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Qısırca yengə ("Burla Xatun" N.Xəzri), Səkinə ("Bu dünyanın adamları" Hidayət), Havalı qadın ("Ulduz yaxud Ədirnə fəthi" C.Cabbarlı), Qaraqoyunlu bibi ("Ağqoyunlular və qaraqoyunlular" Ə.Əmirli), Tubu xanım Axundova ("Brüsseldən məktublar" H.Həsənov), Xanım Həsənzadə ("Qatil" Elçin), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), Tasiya ("Kaş araba aşmayaydı" O.İoseliani), Fərqanə ("Xəcalət" H.Mirələmov), Anaxanım ("Eloğlu" A.Şaiq),Sara Bernard("Şekspir,Elçin) kimi obrazlar tamaşaçı rəğbətini qazanmışdır.
Aktrisa "İnanmırsansa" (Arzu), "Ordan-burdan" (Rəna), "Dəvətnamə" (Firuzə), "Yunus İmrə" (Fatma) teletamaşalarında və "Azərbaycanfilm"in istehsal etdiyi "Gümüşgöl əfsanəsi" (Nərgiz), Almaniyanın istehsalı olan "Məhəbbət və susuzluq" filmində Lüsi rolunda çəkilmişdir.
M. Atakişiyeva 2002-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
|