Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Mehriban Zəki
( Azərbaycan Dövlət «Yuğ» Teatrı)

Mehriban Zəki 19 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb.

2000-ci ildən həm də "İbrus" Teatrının aktrisasıdır. 2005-2007-ci illərdə Milli Akademik Dram Teatrında işləmiş Mirmehdi Seyidzadənin əsərləri əsasında hazırlanmış "Füzuli və Əsmər" tamaşasında Əsməri oynamışdır.

1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-500" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir.

O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.

Mehriban Zəki 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Aldığı adlar və mükafatlar

• 1)1993-cü ildə Aşqabadda keçirilən "Novruz 93" Teatr Festivalı

• "Xatun"mono-tamaşasına görə, " Ən yaxşı teatr rolu"na görə mükafat almışdır.

• 2)1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalı

• Aktrisa "Ən yaxşı dastançı" mükafatını almışdır.

• 3)1998-ci ildə

• Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

• 4)2005-ci ildə "Şərq-Qərb" Kinofestivalında

• "Küçələrə su səpmişəm" filmində "Ən yaxşı qadın" nominasiyası üzrə mükafat almışdır.

Teatr səhnəsindəki rolları

"Yuğ" teatrı

• Yaşıl donlu ("Salam" Şəhriyar)

• Banı Çiçək ("Kitabi Dədə Qorqud")

• Tülkü ("Açar")

• ???? ("Sirlər xəzinəsi" Nizami)

• Pəri ("Səma" ("Dəhnamə" Xətai)

• Mim ("Sentimental vals" Anton Çexov)

• Lavani ("Adam uşağı" Vaqif İbrahimoğlu)

• Qırmızı Rəng ("Ən gülməli ölü" Vaqif Bayatlı)

"İbrus" teatrı

• Lena ("Şirə bənzər" Rüstəm İbrahimbəyov)

• Qadın("Arabir Görüşməyə Kişi Axtarıram" Rüstəm İbrahimbəyov

• Banin ("İvan Buninin Son Döyüşü" Rüstəm İbrahimbəyov)

Milli Akademik Dram Teatrı

• Əsmər ("Füzuli və Əsmər" Mirmehdi Seyidzadə)