Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Bəsti Cəfərova
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. Bəsti Əli qızı Cəfərova 1959-cu ildə Bakıda doğulub.

1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şəhzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), "Yuğ" Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini",C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q. Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Pəri ("Solğun çiçəklər"Cəfər Cabbarlı), Gülay ("Ər və arvad" Mar Bayğıyev), Alina ("Astana", Anatoli Dudarev), Rəna ("Analar" Əzizə Cəfərzadə), Ağabəyim ağa ("Güllələnmiş heykəllər" Hüseynbala Mirələmov) əsərlərinin tamaşalarında də əlvan rollarla iştirak edib.

Bəsti Əli qızı Cəfərova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır.