Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Anar Heybətov
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.

1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub.

Tamaşalardakı rolları

"Xurşidbanu Natəvan" tamaşasından - Daşdəmir rolunda

"İmzanın hökmü" tamaşasından - Murad rolunda

1. Mənim ərim dəlidir–Cangüdən

2. Rəqabət–Qaçay

3. Hərənin öz payı–Meyxanaçı Ələkbər

4. Hələ "Sevirəm" deməmişdilər–Qumarbaz

5. Varlı qadın–Qara

6. Hamlet–Laert

7. Kaş araba aşmayaydı–Buxuti

8. Mesenat–Zeynal bəy Səlimxanov

9. Xurşidbanu Natəvan–Daşdəmir

10. İmzanın hökmü (Muradın Kələkləri) – Murad

11. Körpüdən mənzərə - Rudolfo