Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Babayeva İnarə Əhməd qızı
( Azərbaycan Opera və Balet Teatrı )

İnarə Babaeva 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1997-2003-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almiş və Akademiyanı magistratura pilləsi üzrə opera-konsert müğənnisi ixtisası üzrə bitirmişdir. Opera soisti üçun vacib olan güclu səs tembri ilə yanaşı, həm də gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir.

2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir
Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları yüksək professionallıqla ifa edir:

“O olmasın bu olsun” Gülnaz

“Arşin mal alan” Gülçöhrə

“İntizar” Humay

“Zoluşka” Zoluşka

“Cırtdan” Cırtdan

“Sevilya bərbəri” Rozina

“Riqoletto” Cilda

“Traviata” Violetta

“Boqema” Müzetta

“Karmen” Mikaela

Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer (1994);

Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer (2000);

“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı (2002);

Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı (2006);

Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildə Yaponiyada, 2009-cu ildə isə Gürcüstanda keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İ.Babayeva Mədəniyyət və İncəsənət Universiteti vokal fakültəsinin müəllimidir.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. İ.Babaeva 2005-ci ildə Yaponiyada, 2009-cu ildə isə Gürcustanda keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İ.Babaeva Mədəniyyət və İncəsənət Universiteti vokal fakültəsinin müəllimidir.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.