Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Enami Həsən Əli Abbas oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Həsən Enami 1967-ci ildə İran Respublikasının Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. 1996-cı ildə, hələ Akademiyanın tələbəsi ikən ümidverən və istedadlı bir vokalçı kimi Opera və Balet Teatrına solist vazifəsinə qəbul edilmişdir.

Həsən Enami hazırda teatrın repertuarında olan bir sıra tamaşalarda tenor səs tembiri üçün nəzərdə tutulmuş partiyaları ifa edir:

"Vaqif" - Vaqif

"Sevil" - Balaş

"Şah İsmayıl" - Vəzir

"Koroğlu" - Koroğlu

"Traviata" - Alfred,Qaston

"Payatsı" - Arlekin

"Boqema" - Rudolf

"Natəvan" - Xasay xan

H. Enami bir sıra beynəlxalq müsabiqələrin iştirakçısı və mükafatçısıdır.

1997-ci ildə Vokalçıların respublika üzrə müsabiqəsində birinci yerin sahibi olmuş, elə həmin ilin dekabrında Bülbül adına 1-ci beynəlxalq vokal müsabiqəsində 2-ci  yer mükafatçısı və ən yaxşı tenor adına, 1998-ci ildə isə P.İ.Çaykovski adina beynəlxalq müsabiqənin diplomuna layyiq görülmüşdür.

Dövlət səviyyəsində keçirilən bir çox yubiley və rəsmi mərasimlərdə uğurla çıxış edir. Azərbaycan vokal sənətini Almaniya, Fransa, Rusiya, BƏƏ, Ukrayna, Finlandiya, Türkiyə, Boliviyada təmsil etmişdir. Həsən Enami opera müğənnisi olmaqla yanaşı, Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə solist kimi uğurla çıxış edir.

2002-ci ildə Azərbaycanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.