Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Əsgərov Əli Rəhim oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Əli Əskərov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ü.Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini və aspiranturasını bitirmişdir.

1990-cı ildən teatrın solistidir.

 

 

"Aida" - Misir şahı

"Karmen" - Suniqa

"Sevilya bərbəri" - Bazilio

"Traviata" - Markiz Dobini

"Toska" - Məhbus

"Riqoletto" - Sparafuçilli

"Boqema" - Alsindor

"Koroğlu" - İbrahim xan

"Vaqif" - Vəzir

"Şah İsmayil" - Qoca ərəb

və s. tamaşalarda cıxış edir. Əli Əskərov bir cox beynəlxalq vokal müsabiqələri və festivallarında iştirak etmişdir.

1997-ci ildə Vokalçılarin Bülbül adına 1-ci beynəlxalq müsabiqəsinin "Qran Pri" mükafatçısı olmuşdur.

1998-ci ildə F.Şalyapin adına 17-ci Beynəlxalq Opera Festivalında (Kazan), 2000-ci ildə Berlioz Festivalında (Fransa), elə hamin ildə Samarada keçirilən Opera İfaçıları Beynəlxalq Festivalında, 2001-ci ildə keçirilən "21-ci əsrin basları" Beynəlxalq Opera Festivalında və Çeboksaridə SSRİ xalq artisti M.D.Mixaylova həsr edilmiş 11-ci Beynəlxalq Opera Festivalında ugurla çıxış etmişdir.

O, Azərbaycanın vokal sənətini həmçinin – Fransa, Almanya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə həmişə yüksək səviyyədə təmsil etmişdir.

Respublikamızda keçirilən dövlət və yubiley tədbirlərinin iştirakçısı olmuşdur.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.