Poladov Əkrəm Nicat oğlu
( Azərbaycan Opera və Balet Teatrı )
Əkrəm Poladov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir.
İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır.
1988-ci ildə Azərbaycan Dövlət akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Əkrəm Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir.
Hazırda teatrın yüksək dərəcəli solistidir.
Milli və klassik opera tamaşalarında çox maraqlı və yaddaqalan obrazlar yaradaraq cıxış edir.
«Sevil» -Əbdüləli bəy
«Koroğlu» -Alı
«Vaqif» -Vidadi
«Şah İsmayil» -Qoca ərəb
«Zoluşka» -Ögey ana
«Riqoletto» -Marullo
«Aida» -Ramfis
«Trubadur» -Serrando
«Sevilya bərbəri» -Doktor Bartolo
«Toska» -Anjelotti
«Boqema» Kolen
«Payatsı» -Kəndli
«Karmen» Suniqa
və s. partiyalar Əkrəm Poladovun opera səhnəsində ifa etdiyi obrazlardır.
Əkrəm Poladov həm də Azərbaycan Dövlət Xor kapellasının solistidir. Qərb və rus bəstəkarlarının operalarından ariyaları və romansları ifa edir.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.
|