Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Abdullayev Əvəz Baxşəli oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir.

Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur.

«Riqoletto» Riqoletto

«Aida» Amonasro

«Traviata» Jermon

«Trubadur» Qraf De Luna

«Sevilya bərbəri» Fiqaro

«Toska» Skarpia, Anjelotti

«Boqema » Marsel

«Madam Baterflay» Şarpless

“İntizar” Əmir

2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer).

2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür.

Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur.

2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.