Bayramova Aygün Əliqulu qızı
( Azərbaycan Opera və Balet Teatrı )
Аygün Bayramova 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur.
1989-cu ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu,1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
1989-cu ildən 2002-ci ilə kimi Muğam Teatrının solisti olmuşdur. Gözəl səs tembrinə, oxu mədənyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.
2002-ci ildən Azərbaycan Dövlət Opera va Balet Teatrının solistidir. Teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” da Leyli obrazını yüksək professionallıqla ifa edir.
A.Bayramova bir çox xarici ölkələrdə- Kanada, Almaniya, İngiltərə, Norveç, Koreya, Türkiyə, Suriya, İsveç, ABŞ, Hollandiya və s. milli musiqi sənətimizi ləyaqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artist fəxri adlarına layiq görulmüşdür. Prezident mükafatçısıdır.
Pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecinin müəllimidir.
|