Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Teymurova Nəzakət Xosrov qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Nəzakət Teymurova 1972-ci ildə Ağdam rayonunda anadan olmuşdur.

A.Zeynallı adına Musiqi Texnikumu və Bakı Musiqi Akademiyasını bitirmişdir.

1995-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

İlk dəfə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolu ilə Teatrda debüt etmişdir.

Hazırda bir çox muğam operalarında aparıcı patiyaları-"Aşıq Qərib"də( Şahsənəm), "Gəlin qayası"nda (Gülbahar),"Şah İsmayıl"da (Ərəbzəngi), "Natəvan"da (Müğənni qız), "Koroğlu"da (Xanəndə qızı) böyük ustalıqla rolları ifa edir.

Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.

Dünyanın bir çox ölkələrində - İran, Türkiyə, Fransa, ABŞ, Avstriya, Almaniya, Hollandiya, İsveç, Koreya, Yaponiya və s. qastrol səfərlərində olmuş və milli muğam sənətimizi ləyaqətlə təmsil etmişdir.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

Prezident mükafatçısıdır.

Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olur.