Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



İbrahimov Mənsum İsrafil oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Mənsum İbrahimov 1960-cı ildə Ağdam rayonunda anadan olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

1985-ci ildən Azərbaycan Dövlət Akadamek Opera və Balet Teatrında çalışır.

Milli opera tamaşalarında ikincı dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda tamaşaların bir çoxunda aparıcı partiyaları ifa edir.

"Leyli və Məcnun" operasında (Məcnun), "Aşıq Qərib"də (Qərib), "Gəlin qayası"nda (Camal), "Sevil"də (azançı), "Natəvan" operasında (xanəndə) obrazları yüksək peşəkarlıqla ifa edir.

Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnıların və muğamlarımızın gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.

Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində - İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Yunan Kipri, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveçdə ləyaqətlə təmsil etmişdir.

Mənsum İbrahimov həm də pedaqoji faəliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsində böyük əmək sərf edir. Onun yetirmələri artıq respublika musabiqələrində uğurla çıxış edirlər.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

Prezident mükafatçısıdır.