Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Zeynalov Azər Zeynalabdin oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Azər Zeynalov 1964-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissorluğu fakültəsini   bitirmişdir.

1990-cı ildə musiqiyə olan sevgisi onu Dövlət Mahnı Teatrına gətirmiş və o, səhnədə ilk addımlarını bu teatrda atmışdır.

Eyni zamanda R.Babaevin "Cəngi" ansamblında da fəaliyyət göstərmiş və həmin ildə keçirilən "Odlar Yurdu Bakı-90" müsabiqəsinin laureatı olmuşdur.

Musiqi ilə daha ciddi məsğul olmaq arzusu ilə o, Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuş, 3-cü kursda olarkən (1994-cü ildə) İtaliyaya gedib "Avgustino Stefanno" adına İtaliya Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuş, bir il orada təhsil alaraq vətənə dönmüş və 1997-cı ildə Bakı Musiqi Akademiyasında təhsilini başa vurmuşdur.

1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Milli və Qərbi Avropa klassik operalarında baş rolların ifaçısıdır:

"Arşın mal alan" - Əsgər

"O, olmasın bu olsun"- Məşədi İbad

"Sevil"- Balaş

"Natəvan"- Xasay xan

"Payatsı" -Kanio

"Traviata" -Alfred

"Toska" -Kavaradossi

A.Zeynalov tək opera ifaçısı kimi yox, eyni zamanda Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda - oratoriyalarını – E.Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", T.Quliyevin "Azərbaycan", "Əziz Dost", "Bəxtəvər oldu," R.Mustafaevin "Məhəmməd və leyla", V.Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata" kimi əsərlərini ustalıqla ifa edir. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. O, İngiltərə, Fransa, Çin, İtaliya, Türkiyə, Rusiya, Almaniya, ABŞ kimi ölkələrdə qastrol səfərlərində olmuşdur.

A.Zeynalov 2001-ci ildən Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri kimi pedaqoji fəaliyyət gostərir. Professor elmi dərəcəsi daşıyır.

O bir çox mükafatlara layiq görülmüşdür. 1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən qızıl medalla təltif olunmuşdur.

1998-cı ildə birbaşa olaraq Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq gorülmüşdür. Prezident mükafatçısıdır.