Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Kərimova Qərinə Rəhim qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini bitirmişdir.

1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adina I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet Teatrının repertuarında olan bir çox milli (Nigar - "Köroğlu", Sevil - "Sevil") və klassik (Aida -"Aida", Toska - "Toska", Çio-Çio-San - "Çio-Çio-San", Mikaella - "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edir.

2003-cü ildə Rusiya Dövlət Akademik Böyük Teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir.

Qərinə Kərimova bir çox xarici ölkələrdə - Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Qızıl dərviş" mükafatına layiq görülmüşdür.

Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal fakultəsinin müəllimi vəzifəsində çalışır.

1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

Prezident mükafatçısıdır.