Quliyev Şahlar Həsənağa oğlu
( Azərbaycan Opera və Balet Teatrı )
Şahlar Quliyev 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfini bitirmişdir).
1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Aparıcı səhnə ustası - yüksək kategoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir.
"Leyli və Məcnun"da( Nofəl), "Şah İsmayıl" da (Aslan şah), "Aşığ Qərib" də (Şahvələd), "Sevil" də (Atakişi), "Arşın mal alan" da (Süleyman), "Gəlin qayası"nda (Xan), "Koroğlu"da (Həsən xan), "Aida"da (Amonasro), "Riqoletto"da (Monterone), "Toska"da (Skarpia), "Karmen"da (Eskamilio), "Payatsı"da (Tonio), "Boqema"da (Şonar), "Natəvan"da (Qasım bəy Zakir) oynadığı rollar onun tərəfindən hər zaman yüksək professionallıqla ifa olunur və rəğbət qazanır.
Şahlar Quliyev Şimali Kipr, Türkiyə, Rusiya və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir.
1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görulmüşdür.
Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir.
Prezident təqaüdçüsüdür.
|