Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Hüseynova Elmira Mehrali qizi
Əməkdar rəssamı

12.02.1933, Bakı – 23.01.1995, Bakı) – Azərbaycan heykəltəraşı. Azərbaycan Əməkdar Rəssamı (1967).

Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirmişdir. Heykəltəraşlığın məişət və portret janrlarında çalışır. «Kolxolçu qız» (1957), «Fəhlə» (1958), «Ailə» (1960), «C.Cabbarlı» (1968), «Ana» (1970), «Rəsul Rza» (1970) və s. əsərləri plastik formaların lakonikliyi və kompozisiyanın orijinallığı ilə fərqlənir.

Hüseynova monumental heykəltəraşlıq sahəsində də fəaliyyət göstərir (Sumqayıtda C.Cabbarlının abidəsi, 1966; Bakıda ASE Baş redaksiyası binası qarşısında H.Zərdabinin abidəsi, 1983).