Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Nicat teatr truppası.

1906-cı ilin əvvəllərində teatrda parçalanma artıq öz işini görmüşdü. "Müsəlman dram artistləri" dəstəsinin əsasında bir neçə yeni teatr dəstələri yarandı ki, bunların hərəsi bir siyasi partiyanın  fəaliyyəti dairəsində  işini qurmalı idi.

1906-cı ilin noyabr ayından  ayrıca fəaliyyətə başlayan "Nicat" teatr truppası noyabrın  6-da H.Z.Tağıyev teatrında  Nikolay Qoqolun "Müfəttiş" komediyası ilə  öz fəaliyyətini gerçəkləşdirdi. Truppanın təşkilatçılıq işlərini Mehdi bəy Hacinskiyə tapşırmışdılar. Teatr dəstəsinin rejissoru Hüseyin Ərəblinski idi (Ondan əvvəl bu vəzifəni Saracan Valentinova həvalə etmişdilər).

1906-ci ildə truppa "Döymə qapımı, döyərlər qapını" ( Haşım bəy Vəzirov ), "Hacı Qənbər"(Nəcəf bəy Vəzirov) kimi komediyaları hazırladı. Növbəti ildə  Hüseyin Ərəblinskinin rejissorlugu ilə  "Nadir şah" (Nəriman Nərimanov), "Əl Mənsur" ( Henrix Heyne ), "Qaçaqlar" ( Fridrix  Şiller ),  "Aga Məhəmməd şah Qacar" ( Əbdürrəhim bəy Haqverdiyev ), "Vətən, yaxud Silistrə" (Namiq Kamal) və digər tamaşalar hazırlandı.  Bu tamaşalarda H.Ərəblinski baş rolları ifa edirdı. Digər rollarda  Cahangir Zeynalov,  Mehdi bəy Hacinski, Sidqi Ruhulla, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirmahmud Kazımovski  və digr aktyorlar iştirak edirdilər.

1908-ci ildə "Nicat" teatr truppası öz repertuarını daha da zənginləşdirərək "Əmir Əbül Üla"və"İbrahim bəy" (Hüseyin Bədrəddin və Məhəmməd Rüfət), "Sultan Osman" ( Fransua  Mari Volter ), "Dəmirçi Gavə" ( Şəmsəddin Sami ) kimi tərcümə əsərlərini də tamaşaya  hazırladı və  bu ugurlu tamaşaları ilə nicatçılar nəinki bütün Qafqazda, həmçinin bütün Şərq dünyasında Azərbaycan teatrının şöhrətini yüksəklərə qaldırdılar.

1908-ci ildə "Nicat" teatr truppasının  aktyorlarının  iştirakı ilə  ilk dəfə Azərbaycanda opera tamaşası hazırlandı. Yanvar ayının 12-də H.Z.Tagıyev Teatrında  Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası göstərildi. Bu tamaşanın quruluşçu rejissoru H.Ərəblinski idi.  Tamaşada Məcnun rolunda- Hüseynqulu Sarabski, Leyli rolunda isə- Əbdürrəhman Fərəcov  iştirak etmişdir.

"Nicat" teatr truppası fəaliyyət göstərdiyi  onbirillik yaradıcılıq həyatında    böyük bir  ugur qazandı. Bu ugurun qazanılmasında H.Ərəblinskinin, C.Zeynalovun, Ə.Vəlinin, S.Ruhullanın, A.M.Şərifzadənin, H.Sarabskinin, M.Əliyevin və başqalarının əməyini,zəhmətini, bir fədai olaraq bu gərəkli  iş üçün çəkdikləri əziyyətlərini əks etdirən neçə-neçə elmi-tədqiqat əsərləri, monoqrafiyalar yazılmış və hələ də yazılmaqdadlr...