Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Maarifçi dramaturqlar və teatr.  

Həsən bəy Zərdabinin  rejissorlugu ilə 1873 –cü il  mart ayının 10 ( 22 ) da  əsası qoyulan milli peşəkar teatrımızın inkişafı  istənilən səviyyədə deyildi. Bakıda teatr işinin zəif getməsinin əsas səbəbi burada teatr işi ilə  məşgul olan gənclərin oxumaq üçün hərəsinin bir tərəfə oxumaga getmələri ilə bağlı ıdi. Gimnaziyanın yuxarı sinif şagirdlərinin  Bakını tərk etmələri teatr prosesinin  ləngiməsinə səbəb olurdu.

1886-cı ildə Sultan Məcid Qənizadə iləHəbib bəy Mahmudbəyovun  Tiflisdəki  Aleksandrinski Müəllimlər İnstitutunu bitirib Bakiya qayıtmalari və burada  yeni tipli (rus-tatar) məktəb açmaları  Bakıda teatr işində önəmli irəliləyişə səbəb oldu. H.B.Mahmudbəyov, S.M.Qənizadə və Nəcəfqulu Vəliyevin birgə  əməyi  sayəsində məktəbdə dram dəstəsi yaradıldı. Bu dram dəstəsində məktəbin  müəllimləri yaxından iştirak edirdilər. "Həbib bəyin məktəbi" adlanan bu təhsil ocağında elmə-maarifə xüsusi qaygı göstərən cavanmərdlər teatr işinin müntəzəm şəklə düşməsi üçün də xüsusi fəallıq göstərirdilər. Onların hazırladıqları ilk tamaşa  M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının  tamaşası oldu. Bu tamaşada  rolları ifa edirdilər: Dərviş Məstəli şah-S.Seyidov, Şərəfnisə-Kostorova, Qulaməli-M.Şəkibəyov,  Müsyö Jordan-S.Qayıbov, Hatəmxan aga- Ş.Mirzəyev, Gülçöhrə-Rusiyeva, Şahbaz bəy- C.Zeynalov, Şəhrəbanu-Vəzirov və başqaları. Göründüyü kimi  "Həbib bəyin məktəbi"ndə hazırlanan bu ilk ugurlu tamaşada iştirak edən həvəskarların əksəriyyəti gələcəyin məşhur teatr xadimləri kimi tanındılar.

1887-ci ildə "Həbib bəyin məktəbi"ndə  ziyalılar bir teatr truppası yaratdılar."Birinci müsəlman dram truppası" adlandırılan bu ilk teatr truppasında müəllimlərlə yanaşı, tacir Cahangir Zeynalov, onun arxasınca Əbülfət Vəlinin, Məhəmməd bəy Əlvəndinin də iştirak etməsi bir daha onu deməyə əsas verir ki, artıq Bakıda teatr işi öz yolunu istiqamətləndirməyə başlamışdı.

1891-ci ildə Nəriman Nərimanovun  Bakıya gəlişi və bu teatr truppasına daxil olması bu dəstənin işini bir qədər də sahmana saldı. Müntəzəm tamaşalar hazırlamaq  məqsədi ilə müəllimlər M.F.Axundzadənin , N.Vəzirovun əsərlərinə müraciət edirdilər. Teatr dəstəsi bir-birinin ardınca  M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah",  Vasaq Mədətovun "Bacı və qardaş", Nəcəf bəy Vəzirovun "Yagışdan çıxdıq, yagmura düşdük" kimi pyeslərini tamaşaya.hazırladı.

Sultan Məcid Qənizadə də  yeni yaradılan teatr truppasının  repertuarını zənginləşdirmək üçün  müasir problemlərə cavab verən əsərlər təbdil etməyə başlamışdı. Bunlardan "Axşam səbri xeyir olar", "Dursunəli və ballıbadı", "Aşım-daşım" , "Xor-xor" və digər pyesləri nümunə göstərmək olar. O, 1893-cü ildə bir neçə əsərə  maraqlı quruluşlar verməklə yanaşı,  Lev Tolstoyun "Əvvəlinci şərabçı"  məzhəkəsini tərcümə edərək ona quruluş vermişdi.

1895-ci ildə  Nəriman Nərimanovun ilk əsəri olan "Nadanlıq" pyesi bu teatr dəstəsinin iştirakı ilə hazırlandı. Bu tamaşada baş rolda ( İmran ) N.Nərimanov özü çıxış edirdi. Tamaşa H.Z.Tagıyev teatrında göstərildi, 800 manat pul vəsaiti toplandı. Bu o dövr üçün artıq bir hadisə idi.

1896-cı ildə , noyabr ayında  Nəriman Nərimanovun "Şamdan bəy, yaxud dilin bəlası" pyesi  Tağıyev Teatrında göstərildi. Tamaşanın rejissorluğunu dramaturq özü edirdi, Cahangir Zeynalov da  ona kömək edirdi. Tamaşada Niyaz rolunda-Əbülfət Vəli,  Şamdan bəy rolunda- H.Məlikov,  Hacı İbrahim rolunda- Cahangir Zeynalov çıxış edirdilər. Bu tamaşanın uguruna görə milyonçu  Ağa Musa Nağıyev , Cahangir Zeynalova qızıl qol saatı, N.Nərimanova isə briliyant üzük hədiyyə etmişdi.

1896-cı ildə Bakıda yaradılan "Müsəlman dram truppasında" cəmlənən ziyalılar- H.Zərdabi, C.Zeynalov,  N.Nərimanov, İskəndər bəy Məlikov,  Məhəmməd bəy Məlikov, Əbülfət Vəli və digər teatrsevərlər daxil idilər. Bu dəstə peşəkar teatrımızın inkişaf  mərhələləri üçün ilk cığır açan, onun gələcəyinə təminat verən əsas özül olaraq  yaranmışdı...