Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Məmmədov İsmayıl Əsəd oğlu
Xalq rəssamı

Əməkdar Rəssam İsmayıl Əsəd oğlu Məmmədov 1948-ci il mart ayının 3-də Bakıda doğulub.

Paytaxtın Səbail rayonundakı 189 saylı orta məktəbin səkkizinci sinfini bitirərək 1963-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsinə daxil olub. Tələbəlik illərindən kitab qrafikası ilə məşğul olmağa başlayıb.

1968-ci ildə rəssamlıq məktəbini bitirib və elə həmin ildə İlya Repin adına Leninqrad (bugünkü Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul edilib. SSRİ xalq rəssamı, professor Yefsey Mousenkonun sinfini 1974-cü ildə bitirib. Əvvəlcə Azərbaycan Respublikası Rəssamlar İttifaqının Bədii Fondunda işləyib, sonra pedaqoji fəaliyyət göstərib.

1976-cı ıldən Respublika və Beynəlxalq rəsm sərgilərində iştirak edir. Məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olur. O, 10 fevral 1996-cı ildən Akademık Milli Dram Teatrında quruluşçu rəssamdır. Burada işləməklə yanaşı, 6 iyul 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamıdır.

İsmayıl Məmmədov Akademik Teatrda İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" ("Göytürklər"), "Dar ağacı", Əli Əmirlinin "Köhnə ev", "Varlı qadın", Nazim Hikmətin "Kəllə", Ramiz Novruzun "Hələ "sevirəm" deməmişdilər...", Cəfər Cabbarlının "Ulduz, yaxud Ədirnə fəthi" dramlarının, Musiqili Komediya Teatrında Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" ("Məşədi İbad"), Rüfət Əhmədzadə və Emin Sabitoğlunun "Hələlik", İmre Kalmanın "Maritsa", "Qaraçı premier", Ferens Leqarın "Şən dul qadın", Qeybulla Rəsulov və Cavanşir Quliyevin "Məhəbbət oyunu", Tamara Vəliyeva və Emin Sabitoğlunun "Bankir adaxlı", Rauf Hacıyevin "Talelər görüşəndə" ("Romeo mənim qonşumdur"), Qara Qarayevin "Coşğun Qaskonlu" operettalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında Nəbi Xəzrinin "Burla xatun" pyesinin tamaşalarına bədii tərtibat verib.

İsmayıl Əsəd oğlu Məmmədov 30 may 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adı ilə təltif olunub.