Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Kazimzadə Kazim Məmmədəli oğlu
Əməkdar incəsənət xadimi

(10.08.1913, Bakı) – Azərbaycan Rəssamı, qrafik, Azərbaycan xalq Rəssamı (1965). Azərbaycan Əməkdar İncəsənət Xadimi (1043). SSRİ Dövlət mükafatı laureatı (1950).

Azərbaycan Rəssamlıq Texnikumunu (1936) və İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirmişdir.

1942 ildən Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954 ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvüdür.

Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərirmişdir.

İlk dövrdə Nizami Gəncəvinin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirrlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehirli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətləri əks etdirilmişdir.

Yaradıcılığında siyasi plakat və karikaturalar da mühüm yer tutur.

1952 ildən "Kirpi" jurnalında əməkdaşlıq edir. Kazımzadə tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri ("Bakıda inqilabi-tarixi hadisələr", "Tibb işçiləri", "X.Abovyanın həyatı") və tablolar ("416-cı diviziya döyüşdə", "Azad Kubada", "İraq lövhələri" və s.) yaratmışdır.

Dram və opera tamaşalarına, həmçinin kinofilmlərə geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.

Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.